Poroşenko azərbaycanlının sözünü eşitdi: Kiyev etno-siyasi qurum yaradır
Bizi izləyin

Nida.az

Poroşenko azərbaycanlının sözünü eşitdi: Kiyev etno-siyasi qurum yaradır

Azərbaycan diaspor üzvünün Ukrayna prezidentinə təklifi qəbul olunub. Ukraynadakı həmvətənimiz, 2008-2009-cu illərdə Ukrayna Prezidenti Yanında Etnosiyasi Məsələlər üzrə Şuranın üzvü Oktay Rüstəmovun prezident Pyotr Poroşenkoya, Şuranın fəaliyyətinin bərpa olunması ilə bağlı etdiyi təklif qəbul olunub.

Publika.az xəbər verir ki, bu haqda Diaspor Jurnalistləri Birliyinin Ukrayna üzrə nümayəndəliyinin rəhbəri Qaraş Tağıyev məlumat verib.

Təklifdə deyilir: “Ukrayna ictimaiyyətində vətəndaş razılığının qorunması, millətlərarası münasibətlərin inkişafı, Ukraynadakı milli azlıqlarının etnik, mədəni, dil və mənəvi hüquqlarının müdafiəsi istiqamətində aparılan fəaliyyətin aktivləşməsi, etno-siyasi məsələlərin düzgün istiqamətləndirilməsi naminə Sizə, Ukrayna Prezidenti yanında daimi məsləhətçi orqan vəzifəsini icra edən “Etnosiyasi məsələlər üzrə daimi Şura” yaradılması təklifi ilə müraciət edirəm. Əminəm ki, belə bir orqanın fəaliyyəti dövlət etno-siyasətinin təkmilləşdirilməsinə, milli siyasətin demokratik Avropa dəyərlərinə yönəldilməsinə zəmin yaradacaq”.

Qeyd edək ki, təklifin Prezident Administrasiya tərəfindən qəbul olunması ilə bağlı Ukraynanın aparıcı xəbərlər portalı olan UKRİNFORM agentliyində məlumat yayımlanıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm