Prezident 2 sərəncam, 1 fərman imzaladı
Bizi izləyin

Nida.az

Prezident 2 sərəncam, 1 fərman imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Nizamnaməsində nəzərdə tutulan milli orqanın müəyyən edilməsi və “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamlar imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Sərəncamda qeyd edilir ki, "Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının 1955-ci il iyulun 15-də qüvvəyə minmiş Nizamnaməsinin 7-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan milli orqan qismində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müəyyən edilsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən milli orqan barədə Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Baş katibinə müvafiq bildiriş göndərsin".

Prezident İlham Əliyev həmçinin "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" fərman imzalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm