“Əbdürrəhman Vəzirov əsl faktları gizlədir”- YAP-dan reaksiya
Bizi izləyin

Nida.az

“Əbdürrəhman Vəzirov əsl faktları gizlədir”- YAP-dan reaksiya

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə 1988-1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş (Azərbaycan KP MK-nın birinci katibi - 1988-1990) 84 yaşlı Əbdürrəhman Vəzirov öz siyasi və diplomatik fəaliyyəti ilə bağlı “Mənim diplomatik xidmətim” adlı xatirələr kitabında yazılanlara münasibət bildirib.

Publika.az xəbər verir ki, kitabda bir çox məsələlərdən bəhs edilib, Vəzirov özünü saf, zəhmətkeş, bacarıqlı bir insan kimi təsvir edib.

YAP rəsmisi isə qeyd edib ki, Vəzirov bəzi məqamları bilərəkdən kitabında göstərməyib.

“Vəzirov kitabında Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsinin katibi işləyərkən, nə də SSRİ Xarici İşlər Nazirliyi sistemində işləyərkən Azərbaycan üçün yaddaqalan bir iş görməməyindən, Moskvada komsomol fəaliyyətini başa vurduqdan sonra SSRİ rəhbərliyinin onu mərkəzdə saxlamaq istəməməyindən, onun barəsində ancaq Heydər Əliyevin düşünərək Azərbaycanda onu yüksək vəzifəyə təyin etməyindən, Kirovabadın rəhbəri işlədiyi dövrdə orada işləri yarıtmaz vəziyyətə salmağından, əsas işini unudaraq rəqs meydançalarında vaxtını keçirməyindən, nüfuzdan düşərək Heydər Əliyevdən onu başqa işə dəyişməyi xahiş etməyindən, Mərkəzi Komitənin şöbə müdiri işədiyi dövrdə işinin öhdəsindən gələ bilməməsindən, rəhbərlik etdiyi sahənin nümayəndələrinin onun fəaliyyətindən narazı qalmalarından, Azərbaycanda özünə yer tapa bilmədiyinə görə Heydər Əliyevin xahişi ilə SSRİ Xarici İşlər Nazirliyinə işə götürülməyindən və Nepala məhz Heydər Əliyevin xahişi ilə səfir göndərilməyindən, Heydər Əliyev Moskvada işləyərəkən vaxtaşırı onun yanına gedərək özündən cəmi 7 yaş böyük olan Heydər Əliyevə dönə-dönə “Siz mənim ağsaqqalımsınız” deməyindən, Azərbaycana Birinci katib gələndən sonra Heydər Əliyevin yaxşılıqlarını unudaraq onun əleyhinə böyük kampaniya aparmağından, Heydər Əliyevlə işləmiş, onu xalqımızın dəyərli oğlu hesab edən şəxslərin siyahısının tutduraraq, onları vəzifələrdən uzaqlaşdırmağından, ona təhsil və şöhrət vermiş Azərbaycan xalqının dilini, tarixini və mədəniyyətini bilməməsindən, öyrənmək istəməməsindən və bu səbəbdən dəfələrlə gülünc vəziyyətə düşməyindən, Ermənistan və xaricdən gələn erməni hərbi dəstələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində möhkəmlənərkən, cəmiyyətin diqqətini bu məsələlərdən yayındırmaq üçün süni “kəndlərdə hamam tikdirmək”, “hər yerdə qoz ağacı əkdirmək” şüarlarını ortaya atmağından, Ermənistandan 300 min azərbaycanlının öz dədə-baba torpaqlarından qovulmasının qarşısını almaq üçün heç bir iş görməməyindən, bərbad kadr siyasətindən, onun bacarıqsız rəhbərliyi nəticəsində həmin dövrdə Azərbaycanda vəziyyətin pisləşməyindən, Mixail Qorbaçıvun məkrli siyasətinin Azərbaycanda cani-dillə həyata keçirməyindən, məhz onun yarıtmaz siyasəti nəticəsində Dağlıq Qarabağ probleminin ağırlaşmağından, 20 Yanvar faciəsinin baş verməsində şəxsi məsuliyyətindən, bu faciə baş verdikdən sonra respublikanı başlı-başına buraxaraq hərbi təyyarə ilə qaçmağından yazmayıb. Əsl Əbdürrəhman Vəzirov isə bu yazmadıqlarındadır”- deyə A. Mirzəzadə bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm