BMT açıqlama yaydı - "Əfqanıstanda daimi sülh razılaşması..."
Bizi izləyin

Nida.az

BMT açıqlama yaydı - "Əfqanıstanda daimi sülh razılaşması..."

Əfqanıstanda daimi sülh razılaşmasını əldə etmək üçün göstərilən səyləri alqışlayırıq.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş Dohada imzalanan “Əfqanıstana Sülhü Gətirmək” adlı razılaşmaya münasibət bildirərkən deyib.

“Əfqanıstanda silahlı qarşıdurmanın, zorakılığın azaldılması vacibdir. Görüşdə tərəflər arasında Əfqanıstanda siyasi sabitliyin təmin edilməsi üçün əlverişli mühit və ətraflı sülh prosesini yaratmaq səyləri təşviq edilib. Ümid edirəm ki, əfqan xalqının sülhə olan dərin istəkləri Əfqanıstan rəhbərliyinin təşəbbüsü ilə reallaşacaq”, - Baş katib bildirib.

Qeyd edək ki, Dohada Əfqanıstan hökuməti, Taliban heyəti və ABŞ arasında sülh müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, 135 gün ərzində Əfqanıstandakı ABŞ əsgərlərinin sayı 13 mindən 8 min 600-ə qədər azaldılacaq.

Eyni zamanda Taliban anlaşmaya riayət edərsə, 14 ay müddətində Əfqanıstandakı ABŞ və NATO hərbçiləri tamamilə bölgədən çəkiləcək.

Həmçinin, ABŞ və Əfqanıstan hökuməti anlaşma çərçivəsində 5 min məhkumu sərbəst buraxacağını, Taliban isə buna qarşılıq olaraq 1000 nəfəri azad edəcəyini açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm