Nida.az
Prezidentin səfəri İtaliya mətbuatında (FOTO)
İtaliyanın bir sıra xəbər agentlikləri, informasiya portalları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri ilə bağlı məqalələr yayıblar.
ANS PRESS-in məlumatına görə, məqalələrdə
Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri, Azərbaycan-İtaliya
münasibətlərinin hazırkı durumu, səfər çərçivəsində keçirilən
görüşlər və bir çox sahələrdə ikitərəfli əlaqələrin inkişaf
perspektivləri təhlil olunur.
“Affari İnternazionali” onlayn jurnalında
yerləşdirilmiş məqalədə deyilir ki, altı illik fasilədən sonra
Azərbaycan Prezidenti İlham Əliyev yenidən İtaliyada səfərdədir.
Səfər çərçivəsində keçirilən görüşlər ikitərəfli münasibətlərin
müzakirəsi baxımından yaxşı imkan yaradıb. Uzun illərdir ki,
İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Bu səfər mövcud
tərəfdaşlığı daha da möhkəmləndirəcəkdir. Hazırda Xəzər dənizinin
təbii qaz ehtiyatlarını İtaliya vasitəsilə Avropaya çatdıracaq TAP
layihəsi hər iki ölkə üçün aktual məsələdir. Digər tərəfdən,
qarşılıqlı investisiya yatırımları ilə bağlı mövzular da
gündəmdədir. İtaliya şirkətləri təkcə enerji sektorunda deyil,
həmçinin tikinti, infrastruktur, informasiya-kommunikasiya
texnologiyaları, kənd təsərrüfatı, ərzaq sənayesi, turizm kimi
sahələrdə də Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdırlar. Bu
kontekstdə TAP-ın reallaşması iki ölkə arasında iqtisadi
münasibətlərin gələcək inkişafını müəyyənləşdirmək üçün vacib
amildir. Bu layihə Avropanın enerji təhlükəsizliyinin gələcək
durumuna da təsir edəcəkdir. TAP layihəsi 2019-cu ildə başa
çatdırıldıqdan sonra 10 milyard kubmetr həcmində Azərbaycan qazının
İtaliyaya nəqli planlaşdırılır. Bununla da çoxlu yeni iş yerinin
açılması nəzərdə tutulub.
“TM news” xəbər agentliyinin saytında və
“Staffetta quotidiana” portalında isə Azərbaycan Prezidenti İlham
Əliyevin və İtaliya Prezidenti Corco Napolitanonun görüşü ilə bağlı
məlumatlar yer alıb.
Məqalələrin tam mətnlərini aşağıdakı linklərdə
oxumaq olar:
http://www.affarinternazionali.it/articolo.asp?ID=2733
http://www.tmnews.it/web/sezioni/nuovaeuropa/PN_20140714_00243_NE.shtml
http://www.staffettaonline.com/articolo.aspx?ID=129459
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO