“Burdan Bakının neft kəmərlərini vurmaq mümkündür”- “Komandos”un xəritəsi- Şok
Bizi izləyin

Nida.az

“Burdan Bakının neft kəmərlərini vurmaq mümkündür”- “Komandos”un xəritəsi- Şok

“Azərbaycanın üç tərəfdən hücum təhlükəsi var. Birincisi Qarabağa daxil olur və buranı tuturlar. İkincisi Kəlbəcərdən hücuma keçirlər. Üçüncüsü və ən pis variant, Ermənistanla müharibə başlaya bilər”.

Publika.az xəbər verir ki, bu barədə “Komandos” ləqəbli erməni general-mayor Arkadi Ter-Tadevosyan deyib.
Erməni general iddia edir ki, müharibə başlayacaqsa, Azərbaycan tərəfi anlayır ki, ilk hədəflər neft kəmərləri olacaq. O, xəritədə Çinari Tavuşskoy kəndini göstərərək “burdan Bakının neft kəmərlərini asanca vurmaq mümkündür” deyə bildirib.

“Komandos”un daha bir iddiası Rusiyanın Azərbaycana satdığı silahlarla bağlıdır.

“Ermənistanın müttəfiqinin bu addımı xoşagəlməzdir. Amma Azərbaycanın silahı İsrail, yaxud Almaniyadan almasındansa, Rusiyadan alması daha yaxşıdır. Çünki bu silahların idarə olunmasında mütləq rus zabitləri iştirak edəcək ki, bu da dolayısı ilə bizim xeyrimizədir. Çünki Rusiya Azərbaycanın kənar dövlətin təsiri altına düşməsini istəmir. Azərbaycanın başqa dövlətdənsə, Rusiya təsirində olması Ermənistanın da maraqlarına xidmət edir, - deyə erməni general iddia edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm