“Bunun siyasi məzmunu var”- YAP-çı deputat USAID-in gizli qrantından danışdı
Bizi izləyin

Nida.az

“Bunun siyasi məzmunu var”- YAP-çı deputat USAID-in gizli qrantından danışdı

“Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanda yalnız hökumətin əleyhinə çıxış edən QHT-ləri maliyyələşdirir. Bu da cəmiyyətdə istər-istəməz suallar yaradır”.

Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Publika.az-a açıqlamasında USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) gizli qrant müsabiqəsi elanına münasibət bildirərkən deyib.

YAP-çı deputat bildirib ki, qrant ayrılan layihələr tarixi, mədəni, yaxud iqtisadi araşdırmalara deyil, sırf iqtidara qarşı təzyiq, yaxud müxalifət partiyalarının dolayısı yolla maliyyələşdirən layihələrdir.

“Bu proses xüsusilə seçki dönəmində daha da intensivləşir. Təsadüfi deyil ki, mediada vaxtaşırı məlumatlar yayılır, lakin bu təşkilatlar bu barədə danışmaqdan imtina edir. Lakin o faktdır ki, bu qrant müsabiqələrinin siyasi məzmunu var və bir çox hallarda məqsəd Azərbaycanın daxili işlərinə qarışmaqdır”,- deyə millət vəkili qeyd edib.

A. Mirzəzadə əlavə edib ki, indiyə qədər bu cür cəhdlər nəticə verməyib: “Bu cür cəhdlər heç bir halda cəmiyyət tərəfindən dəstəklənməyib və hesab edirəm ki, bundan sonra da belə olacaq”.

Qeyd edək ki, USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Azərbaycanda medianın inkişafı üçün elan etdiyi 2,4 milyon dollarlıq qrant müsabiqəsi ətrafında qalmaqal yaranıb. Məlumatlara görə, təşkilat müsabiqəyə sənəd qəbulunu cəmi 7 gün etməklə, qrantı əvvəldən xəbərdar etdikləri və özlərinə yaxın QHT-lərə vermək niyyətindədir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm