KXCP Milli Şurada necə təmsil olunacağını açıqladı
Bizi izləyin

Nida.az

KXCP Milli Şurada necə təmsil olunacağını açıqladı

Eldar Namazov Rüstəm İbrahimbəyovun sözçüsü kimi Milli Şurada bu işləri həyata keçirirdi və birləşmək, eləcə də digər məsələlərin həlli istiqamətində xeyli rol oynayıb.

“Eldar Namazovun istefası təəccüblü deyildi. Son sessiyadan öncə o hərəkatının güclənməsi, qurultay keçirmək istəkləri, hərəkatın işlərinə vaxt ayırmaq arzusunu çatdırmışdı. Ona görə təəccüblü deyildi, amma təəssüf hissi də keçiririk”.

Bu barədə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, Milli Şuranın Koordinasiya Şurasının üzvü Mirmahmud Mirəlioğlu Publika.Az –a açıqlamasında deyib. Onun sözlərinə görə, Eldar Namazov Rüstəm İbrahimbəyovun sözçüsü kimi Milli Şurada bu işləri həyata keçirirdi və birləşmək, eləcə də digər məsələlərin həlli istiqamətində xeyli rol oynayıb.

M. Mirəlioğlu KXCP-nin bundan sonra Milli Şura ilə bağlı mövqeyini də açıqlayıb. O, hələki ayrılmaq kimi fikirlərinin olmadığını, birlikdə fəaliyyət imkanlarının tükənmədiyini bildirib.

“İstefalar, qarşıdurmalar yaşandı. Lakin biz yerimizdə-Milli Şuradayıq. Təkliflərimizi irəli sürürük, bunlar qəbul olunduğu təqdirdə yerimizdə də qalacağıq. Ola bilsin ki, bizim bundan sonra da orda olmağımız kimlərisə qane etməyəcək. Lakin biz heç vaxt şərt irəli sürmürük, Milli Şura formalaşarkən da şərt irəli sürməmişdik. Biz hər şeyi ölçüb, biçirik, müzakirə və analiz etmədən, alqış üçün addımlar atmırıq. Hər kəsə hörmət etdiyimiz kimi, atdığımız addımlara da hörmət tələb edirik”-deyə KXCP sədri vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm