“Cəbhədəki əsgər də, zabit də intiqam hissi ilə yanır”- millət vəkilindən açıqlama
Bizi izləyin

Nida.az

“Cəbhədəki əsgər də, zabit də intiqam hissi ilə yanır”- millət vəkilindən açıqlama

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Ermənistanda girovluqda olan azərbaycanlıların hərəkətini böyük vətənpərvərlik adlandırıb.

Publika.az xəbər verir ki, A. Mirzəzadə bu hadisənin böyük bir əsərin motivi ola biləcəyini düşünür.

“Bu gün təmasda olduğum hər bir kəs Kəlbəcərdə işğalçılar tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında danışırdı, deyilənə görə, onlar üç nəfər olublar, biri öldürülüb. Hər bir kəs onların qorxmazlığından, doğma torpağa olan bağlılığından danışırdı. Onları ora doğma torpaq çəkib aparırdı, baxmayaraq ki, tutulacaqlarını və əzab veriləcəklərini göz altına almışdılar”,- deyə komitə üzvü bildirib.

A. Mirzəzadə indiyə qədər ermənilərin belə bir hərəkət etməməyini izah edib: “İndiyə qədər bir dəfə də olsun hansısa bir erməninin gizli yolla Azərbaycanda yaşadığı kəndə gizli gəlməsi xəbəri eşidilməyib, heç kəndlərinin videosunu çəkdirib evində qiymətli var-dövlət kimi saxlayanlar da yoxdur. Çünki, Azərbaycan (Ermənistan da) onların doğma, dədə-baba torpağı deyil, onları bu torpağa heç nə bağlamır, qan çəkmir. Onlar bu torpağa gəlmədilər, onların genində bu torpaqla balı heç nə yoxdur. Ancaq bu iki nəfəri ora aparan gen yaddaşı idi, babaların səsi idi. Bu hiss istənilən qorxudan üstündür. Bu iki nəfərin dəliqanlı hərəkətinin təkrarlanmasını istəməzdim, bu çox təhlükəlidir. Ancaq bununla belə bu hərəkət cəmiyyətdə vətənpərvərlik hissinin daha da qalxmasına səbəb oldu, gənclərin qanını oynatdı. Bu gün xəbəri eşidən cəbhə xəttində duran əsgər də, zabit də intiqam hissi ilə yanmaqdadır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm