İsa Qəmbərin müşavirindən cəbhəçilərə ağır sözlər
Bizi izləyin

Nida.az

İsa Qəmbərin müşavirindən cəbhəçilərə ağır sözlər

“Müsavat partiyasının qurultayını keçirmək üçün Əmircandakı mədəniyyət evinin zalına getməmələrinin səbəblərindən biri də Azərbaycan müxalifətinin tədbirlərinin daha yaxşı yerdə keçirilməsinə nail olmaq olub. Lakin artıq bu səbəbi AXCP Əmircana getməklə aradan qaldırdı”.

Publika.az xəbər verir ki, bu barədə Müsavat başqanının müşaviri Səxavət Soltanlı AXC-nin 25 illik yubileyinin cəbhəçilər tərəfindən Əmircanda keçirilməsi haqda danışarkən deyib.

AXCP-nin Əmircandakı Səttar Bəhlulzadə adına mədəniyyət mərkəzində yubileyi qeyd etməsini ciddi tənqid edən müşavir bildirib ki, vəziyyət qəlizdir.

“Bəzi “radikal” müxalifət partiyalarına "ora get" deyilən kimi gedirlərsə, deməli, vəziyyət qəlizdir”- deyə İsa Qəmbərin müşaviri qeyd edib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl AXCP Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək AXC-nin 25 illik yubileyini keçirmək üçün müvafiq yer ayrılmasını istəyib. Bakı meriyası da AXCP-yə öz tədbirini keçirmək üçün Əmircandakı mədəniyyət mərkəzini təklif edib. Partiya bu mərkəzin şəhərdən kənarda olmasına baxmayaraq, razılaşıb və dünən tədbirini təşkil edib. Eyni yer Müsavatın qurultayı üçün də təklif edilmişdi, amma onlar razılaşmamışdı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm