ABŞ səfirliyindən girov götürülən azərbaycanlılara REAKSİYA
Bizi izləyin

Nida.az

ABŞ səfirliyindən girov götürülən azərbaycanlılara REAKSİYA

ABŞ-ın Azərbaycandakı səfirliyi bir neçə gün öncə Kəlbəcər istiqamətində erməni hərbçiləri tərəfindən girov götürülən Azərbaycan vətəndaşlarına amansız işgəncələrin verilməsi məsələsinə münasibət bildirib.

Səfirlikdən Publika.az-ın sorğusuna cavab olaraq deyilib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində tərəflərlə birgə işləmək öhdəliyinə sadiq qalır.

Daha sonra səfirlik bəyan edib ki, gücün tətbiqi Dağlıq Qarabağ münaqişəsini həll etməyəcək:

“Biz yenidən münaqişə tərəflərini gücün tətbiqi və ya güc tətbiqi hədələrindən kanarda olmağa çağırırıq”.

Xatırladaq ki, bir neçə gün əvvəl işğal olunmuş Azərbaycan ərazisi olan Kəlbəcərdə vətəndaşlarımız Şahbaz Quliyev və Dilqəm Əhmədovu girov götürüblər, onlarla bərabər olan Həsən Həsənov isə erməni hərbçilərinin açdığı atəş nəticəsində həlak olub.

Kəlbəcərdə girov götürülmüş Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması məqsədilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası araşdırmalara başlayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm