Nida.az
Deputatdan jurnalistlərə İRAD
"Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan mediasının inkişafında müstəsna xidmətlər göstərib".
Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Jalə Əliyeva bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) Mətbuat və ictimai əlaqələr komissiyası tərəfindən keçirilən "Heydər Əliyev və Azərbaycan mediası" mövzusunda "dəyirmi masa"da çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dünyanın çox yerində mətbuat sahəsində görülə bilməyən işlər Azərbaycanda dövlət tərəfindən həyata keçirilir.
J.Əliyeva deyib ki, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan jurnalistikasının inkişafında göstərdiyi diqqət və qayğı göz qabağındadır:
"Əgər Həsən bəy Zərdabi Milli Mətbuatımızın banisidirsə, ulu öndər Heydər Əliyev isə müstəqil və suveren Azərbaycan dövlətinin milli mətbuatının yaradıcısıdır".
Deputat tədbiri tez tərk edən jurnalistlərə də iradını bildirib: "Bəzən jurnalistlər tədbiri tez tərk edir və deyilən sözlər də mətbuatda tam və dolğun təqdim olunmur. Hətta, elə çıxışlar olur ki, o düzgün yazılmır. Bu cür halların təkrarlanmaması üçün jurnalistlər məsuliyyətli olmalıdır. Bu gün bizimlə bu tədbirdə sonadək qalan jurnalistlər də hesab edirəm ki, daha peşəkar jurnalistlər sayılır".
Vasif Həsənli
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü