Nida.az
Seçki texnoloqundan “2015 həyəcanı”: “Xüsusi xidmət orqanları hərəkətə keçməlidir”
“2015-ci il seçkilərində Azərbaycana kənar müdaxilələrin olması istisna deyil”.
Bu barədə AVCİYA-nın vitse-prezidenti, seçki məsələləri üzrə ekspert Vəli Əlibəyli Publika.az-a açıqlamasında son vaxtlar beynəlxalq QHT-lər tərəfindən Azərbaycanda qarant ayırmaları fonunda siyasi təşkilatlanma barədə ehtimalları dəyərləndirərkən deyib.
Ekspert bildirib ki, Azərbaycanın yerləşdiyi coğrafiya və malik olduğun potensial burda daim xarici maraqların olması ilə müşahidə olunur: “Azərbaycanda kənar dövlətlərin maraqları mövcuddur. Onlar öz təsirlərini artırmaq üçün müəyyən fəaliyyətlər də həyata keçirdir. Xüsusilə seçki ərəfələrində bu tipli layihələr işə düşür. Bu baxımdan, növbəti seçkilərdə də heç nəyi istisna etmək olmaz”.
V. Əlibəyli qeyd edib ki, bəzi beynəlxalq QHT-lərin təsnifatından kənar fəaliyyət göstərməsi araşdırılmalıdır.
“Əgər hansısa təşkilat Azərbaycanda başqa məsələlər altında
fəaliyyət göstərirsə, xüsusi xidmət orqanları bunun qarşısını
almalıdır. Son günlər bəzi təşkilatların qrant məsələsi ilə bağlı
xəbərləri hesab etmirəm ki, seçkilərə hesablanıb. Amma ümumi mənada
bu Azərbaycana təzyiqdir. Lakin xüsusi xidmət orqanları hərəkət
keçməli, qeyri-qanuni fəaliyyəti olan təşkilatları qadağan
etməlidir”, - deyə V. Əlibəyli qeyd edib.
Asif
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı