DADP-də şok qalmaqal: müavinlə birgə bütün üzvlər istefa verdi
Bizi izləyin

Nida.az

DADP-də şok qalmaqal: müavinlə birgə bütün üzvlər istefa verdi

Fatma Əliyevanın rəhbərlik etdiyi Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) Əlisahib Hüseynovun sədri olduğu DADP-nin əsas qanadına birləşmək haqqında qərar qəbul edib.

Bu barədə Fatma Əliyevanın sədr müavini Ramiz Orucov Publika.az-a məlumat verib. Onun sözlərinə görə, F. Əliyeva partiya üzvlərini davamlı olaraq aldadıb, nəticədə partiya sıraları getdikcə zəifləyib: “Partiyanın 80 faizi mənimlə birlikdə partiyanı tərk edir və bundan sonra Əlisahib Hüseynovun rəhbəri olduğu əsas DADP-də fəaliyyətlərini davam etdirəcəyik. Mən uzun illərdi siyasi fəaliyyətlə məşğulam. Fatma Əliyeva isə çalışır ki, partiyanı kolxoz sədri kimi idarə etsin. Partiyada bu xanımın iştirakı ilə hər hansı bir siyasi-ictimai diskussiyanın keçirilməsi mümkün olmadı. Əksinə, Siyasi Şura tamamilə buraxılıb, davamlı olaraq onun hərəkətlərini tənqid edən İdarə Heyəti üzvlərini İH-dən uzaqlaşdıraraq, onların yerinə DADP-ə aidiyyəti olmayan insanları cəlb edib. Səmimi deyirəm, Fatma Əliyevanın keçirdiyi iclasların heç birində DADP üzvləri iştirak etmirlər. Kənardan adamlar çağırılır və bunların hesabına gözə kül üfürmək üçün guya iclaslar keçirir”.

Ramiz Orucov onu da vurğuladı ki, bundan sonra rəsmi olaraq Ədliyyə Nazirliyində qeydiyyatı olan və Əlisahib Hüseynovun sədri olduğu partiyada Azərbaycanda siyasi institutlaşma və siyasi proseslərdə DADP-nin əvvəlki mövqeyinə qayıtması istiqamətində fəaliyyətlərini davam etdirəcəklər. O, DADP-nin əvvəlki gücünü bərpa etməyi düşündüklərini deyib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm