Suriyada öldürülən Azərbaycanlı jurnalist haqda yeni xəbər - Özəl
Bizi izləyin

Nida.az

Suriyada öldürülən Azərbaycanlı jurnalist haqda yeni xəbər - Özəl

Azərbaycan əsilli jurnalist Furkan Azərinin Suriyanın Hələb şəhərində öldürülməsi ilə bağlı ziddiyyətli xəbərlər var.

Türkiyədəki mənbələrdən Publika.az-a verilən məlumata görə, Hələbdə mühasirəyə düşən çəkiliş qrupunda Furkan adlı şəxs öldürülüb. Lakin bu, Furkan Azəri deyil.

“Furkan Azəri yaxşıdır, sadəcə, orda internet olmadığı üçün haqqında yayılan xəbərlərdən məlumatsızdır. Bu barədə Hələbdən gələn qardaşlardan biri deyib. Məlumata görə, orda Furkan adlı başqa bir şəxs öldürülüb. Amma yenə də dəqiq məlumat deyil. İndi İŞİD bəlası ortaya çıxıb, ona görə vəziyyət çətindir”, - deyə mənbə bildirib.

Qeyd edək ki, iki gün öncə Publika.az-a daxil olan məlumata görə, F. Azəri Suriyanın Hələb şəhərinə suriyalı uşaqlar haqda sənədli film çəkmək üçün yollanıb. Hələbdə mühasirəyə F. Azərinin öldürüldüyü xəbəri yayıldı. Onun son “tviti”ndə “Ölüm bu qədər yaxın olmamışdı” deyə yazması da ehtimalları artırırdı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm