ABŞ kəşfiyyatı: “Putin Yeltsinin taleyini yaşayacaq”
Bizi izləyin

Nida.az

ABŞ kəşfiyyatı: “Putin Yeltsinin taleyini yaşayacaq”

Malayziya təyyarəsinin vurulması Putinin məhvi olacaq.

Publika.az xəbər verir ki, ABŞ kəşfiyyatının leqal qolu hesab olunan “Stratfor” Beynəlxalq Araşdırmalar Mərkəzi Putinin məhvə doğru gedişini şərh edib.

Vaxtilə Kosova problemi gündəmə gələndə keçmiş prezident Boris Yeltsinin hakimiyyətinin sonu olacağı proqnozlaşdırıldı və bu baş verdi. Eyni taleyi Putin də yaşaya bilər.

Kosova böhranı: Bu böhran ərzində rus siyasətçiləri Serbiyada NATO müdaxiləsinə meydan oxumağa başladı, nəticədə isə Boris Yeltsinin özü təcrid olundu və hakimiyyətdən getdi.

15 oktyabr 1998-ci il: Həmin dövrdə rus millətçiləri və kommunistləri iddia edirdilər ki, zəif Yeltsin ABŞ və Qərbə hegemon olmaqda kömək edir. Yeltsin hətta Kosovaya dair milli siyasət üzərində nəzarəti itirdi. Ola bilsin ki, Kosova Yeltsinin məhvi idi.

1999-cu ilin dekabrında Yeltsin istefa verdi, ardınca Putin hərəkətə keçdi və 2000-ci ildə prezident oldu.


27 dekabr, 2001-ci il: Putin rəqiblərini əzdi və müttəfiqləri ilə münasibətlərini yoluna qoydu. Həmçinin, ölkədə iqtisadi, siyasi sabitliyi yoluna qoydu. Elə görünürdü ki, Rusiya düzəlir. Bu mərhələdə, həqiqətən də, belə idi.


15 iyul, 2005-ci il: Putin ikinci dəfə prezident seçiləndən sonra siyasətində dəyişikliyə başladı. Rusiyanın hegemonluğu istiqamətində fəaliyyətə başlandı. Bu, ilk olaraq, 2008-ci ildə özünü göstərdi.

1 aprel, 2008-ci il: Rusiya əvvəlki Sovet İttifaqında təsir dairəsini bərpa etmək istiqamətində fəaliyyətə başladı. Post-sovet ölkələrinə birbaşa və dolayısı müdaxilələr, Gürcüstan müharibəsi bunu göstərdi.

31 oktyabr, 2011-ci il: Bu müddətdən başlayaraq sabiq dövlət katibi Hillari Klinton Vaşinqton və Moskva arasında münasibətləri normallaşdırmaq üçün hərəkətə keçdi və müəyyən cəhdlər alındı da.

Ukrayna böhranı isə hər şeyi alt-üst etdi. Putinin Ukrayna müdaxiləsi müəyyən mənada Yeltsinin Kosovasına bənzəyir. Hesab etmək olar ki, Putin Yeltsinin taleyini yaşayacaq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm