28 azərbaycanlını öldürən terrorçu əməlinə belə haqq qazandırdı - Şok
Bizi izləyin

Nida.az

28 azərbaycanlını öldürən terrorçu əməlinə belə haqq qazandırdı - Şok

Kərkükdə törətdiyi terror aktı ilə 28 türkmanın ölümünə səbəb olmuş əslən Səudiyyə Ərəbistanından olan İŞİD kamikadzesi türkmanları, ümumilikdə şiələri mürtəd və Allahın yolundan azmış olanlar adlandırıb.

Publika.az İŞİD-ə yaxın saytlara istinadən xəbər verir ki, Faizal Şaman əl-Enizi bildirib ki, şiələr kafirdir: “Buna görə də onlar öldürülməlidir. Onlar mürtəd və cahildirlər. Onlar Allahın yolundan çıxmış və Allaha şərik qoşanlardır. Quran və şəriət onların öldürülməsini halal hesab edir və biz Allahın yolu ilə gedəcəyik”.

Qeyd edək ki, ötən həftə İŞİD üzvü olan, vaxtilə Səudiyyə Ərəbistanında həkim kimi çalışmış Faizal Şaman əl-Enizinin Kərkükdə törətdiyi terror aktı nəticəsində 6-sı qadın, 4-ü uşaq olmaqla 28 nəfər ölüb, 27 nəfər yaralanıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm