Səudiyyə Ərəbistanı Azərbaycanda kimləri maliyyələşdirir?- Şok
Bizi izləyin

Nida.az

Səudiyyə Ərəbistanı Azərbaycanda kimləri maliyyələşdirir?- Şok

Səudiyyə Ərəbistanı İran və şiə maraqlarını vurmaq üçün bu gün Yaxın Şərqdə “İslam dövləti” cihadını dəstəkləyir.

Publika.az xəbər verir ki, bu barədə “Stratfor” beyin mərkəzi hazırladığı analizdə deyir.

Hazırda şiələrin əsas üstünlük təşkil etdiyi ölkələr Cənubi Qafqazda Azərbaycan, Yaxın Şərqdə İran, Suriya, İraq, eləcə də onların kompakt yaşadığı şiəliyin ələvi qoluna məxsus olan Kərkük, Mosul və digərləri var. Səudiyyə əsas bu ölkələr üzrə hərəkətə keçir. Ər-Riyad bu ölkələrdə şiəliyə qarşı olanları, xüsusilə sünni məzhəbi və bu məzhəbdən törəmələri geniş şəkildə dəstəkləyir, maliyyə yardımları ayırır.

Söhbət hansısa islam dövlətinin yaradılmasında getmir, sadəcə, İranı əsas dayaqlarından olan şiəliyin zəiflədilməsindən gedir. Bunun üçün də Səudiyyə geniş propoqanda üçün kifayət qədər səy göstərir.

Bu gün “İslam Dövləti”nin elan edilməsində Ər-Riyadın da maraqlarının olduğu görünür. Misal üçün, iyulun 18-də Kərkükdə terror aktı törədən İŞİD üzvünün Səudiyyə Ərəbistanı vətəndaşı olması suallar yaradır.

Lakin “İslam dövləti”nin Ər-Riyad üçün yaratdığı narahatlıqlar da aşkar şəkildə görünür. Bunu Ər-Riyadın özü də anlayır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm