İŞİD-in xüsusi təyinatlı azərbaycanlı döyüşçüləri - Şok Video
Bizi izləyin

Nida.az

İŞİD-in xüsusi təyinatlı azərbaycanlı döyüşçüləri - Şok Video

İŞİD tərkibində döyüşən azəri camaatının hücum əməliyyatını əks etdirən videokadrlar yayılıb.

Publika.az İŞİD-ə yaxın saytlara istinadən xəbər verir ki, bu qrup “islam dövləti”nin xüsusi təyinatlı dəstəsi kimi fəaliyyət göstərir. Onların tərkibində müxtəlif millətlərdən, o cümlədən Azərbaycandan olan cihadçılar var.

İŞİD saytları bu dəstəni “islam dövlətinin dayaqları” deyə təqdim edirlər. Xüsusi geyimləri ilə seçilən dəstə ən çətin əməliyyatları, basqınları həyata keçirir. Həmçinin bu dəstənin “xəlifə” Bağdadinin şəxsi təhlükəsizliyinə də cavabdeh olduğu deyilir. Dəstənin rəhbərlərindən biri Əbu-Hənəfidir.

Qeyd edək ki, Əbu-Hənəfinin rəhbərlik etdiyi dəstə iki həftə öncə Türkiyə ilə sərhəddəki əməliyyatı da həyata keçirmişdi. Həmin əməliyyatda əsas güclərin azərbaycanlılar olduğu deyilirdi. Hətta İŞİD saytları “Azəri qardaşlarımız “İslam dövləti”nin əsas dayaqlarından biridir” deyə yazmışdı (http://publika.az/p/31577).

İŞİD-ə yaxın saytlar “xüsusi dəstə” haqqındakı məlumata videolink də yerləşdirib. Ən maraqlısı isə videonun “ГураБа Саляфи” adlı “Youtube” istifadəçisi tərəfindən yüklənməsi, başlığın isə Azərbaycan dilində olmasıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm