"Status-kvo dəyişməlidir"
Bizi izləyin

Nida.az

"Status-kvo dəyişməlidir"

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov iyulun 22-də Brüsseldə keçirilən Avropa Birliyi Şərq Tərəfdaşılığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə iştirakı ilə yanaşı ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə ictimaiyyətə yaxşı məlum olan prinsiplər və eləcə də həmsədr ölkələrin səsləndirdikləri bəyanatlar əsasında münaqişənin həlli prosesinin sürətləndirilməsi yolları müzakirə edilib.

Qeyd edilməlidir ki, həmsədr ölkələrin prezidentləri dəfələrlə öz bəyanatlarında mövcud status-kvonun qəbuledilməzliyini vurğulayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm