Nida.az
İmperiyanı çökdürən qəza: 30 il sonra nələr olacaq? - Məxfi
Malayziya təyyarəsinin Ukrayna səmasında rusların dəstəklədiyi separatçılar tərəfindən vurulması Moskva üçün çətin vəziyyət yaratdı. Hansı ki Ukrayna böhranında Putin ABŞ-la Avropa Birliyinin arasına girərək mümkünsüz qələbəni qazanmağa yaxın idi. Məhz “Boinq 777”-nin vurulması istər Putinin onsuz da korlanan imicinin uçuruma yuvarlanması, istərsə də Rusiyanın müttəhim kürsüsünə çıxması baxımından əsas səbəb oldu. Bunu Rusiya imperiyasının, yaxud da imperiya iddialarının alt-üst olması ilə nəticələnəcəyini düşünənlər də var.
Publika.az buna oxşar hadisənin SSRİ imperiyasının süqutuna gətirib çıxartması haqda araşdırma aparıb. Söhbət 1983-cü ildə Rusiyanın uzaq şərqində Koreya təyyarəsinin vurulmasından gedir.
30 il öncə nə baş vermişdi?
Cənubi Koreya aviaşirkətinə məxsus “Boeing-747” sərnişin təyyarəsi
naviqasiya sistemində yaranan problemlər üzündən SSRİ-nin hava
ərazisinə girməyə məcbur olub. Amma SSRİ-nin “Su-15” təyyarələri
tərəfindən vurulub. Təyyarədəki 269 sərnişinin və ekipaj üzvlərinin
hamısı həlak olub.
Məxfi raport: qalib gəldilər, amma SSRİ süqut
etdi
1980-ci illərin əvvəllərində SSRİ rəhbərliyi məxfi raport
hazırlayır. Bu raporta münasibətdə ikitirəlik var idi: sərt xəttin
tərəfdarları və “islahatçılar”. İqtisadi dirçəlişin hansı
istiqamətdə aparılmasını özündə ehtiva edən məxfi raport özünü
doğrultmadı. Sonda “islahatçılar” qələbə qazandı və SSRİ dağıldı.
Məlumatlar var ki, həmin məxfi raportda ABŞ-a qarşı yeni hərəkat da
var imiş. Amma əksinə, SSRİ dağıldı. Onsuz da çat verən qırmızı
imperiyanın süqutu Koreya təyyarəsinin vurulması ilə
sürətləndi.
Bu tipli “qəzalar”, təcrübəyə görə, fərqli reaksiya doğurur. Belə
ki, böyük siyasətdən fərqli olaraq, belə hadisələrdə təyyarənin
necə və niyə vurulduğu deyil, orda həlak olan insanların taleyi önə
çıxır. Bu isə dünya ictimaiyyətinə siqnaldır. Bu baxımdan, eyni
taleyi Rusiya yaşaya bilər.
Asif Nərimanlı
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB