Mark Zuckerbergdən Ağdamın işğal günü ermənilərə böyük zərbə – Özəl
Bizi izləyin

Nida.az

Mark Zuckerbergdən Ağdamın işğal günü ermənilərə böyük zərbə – Özəl

“Facebook” Ağdamın işğal günü ermənilərə böyük zərbə vurub.

Publika.az xəbər verir ki, “Facebook” şəbəkəsində ermənilərə məxsus ən böyük qruplardan olan “Nakhichevan belongs to Armenia” sosial şəbəkə rəhbərliyi tərəfindən bağlanıb.

Buna səbəbsə “AzərTAc”-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri Rauf Əliyevin şikayəti olub.

Bu barədə sosial şəbəkədə məlumat yayan R. Kəngərli bildirib ki, həmin səhifə indiyə qədər azərbaycanlılar tərəfindən bir neçə dəfə şikayət olunub. Lakin “Facebook” rəhbərliyi hər dəfə şikayətlərə baxdığını bildirib.
R. Əliyevin şikayətindən sonra isə sosial şəbəkə adıçəkilən səhifəni ləğv edib.

“Nakhichevan belongs to Armenia” haqqında şikayətdən sonra qərarımızı dəyişdirdik. Şikayət etdiyiniz səhifəni incələdik və standartlarımızı tapdaladığı üçün ləğv etdik. Şikayətiniz üçün təşəkkürlər”, - deyə R. Əliyevin şikayətinə “Facebook” belə cavab verib.

Qeyd edək ki, ermənilər bu səhifədə Naxçıvanın Ermənistan torpağı olduğunu iddia edir, bununla bağlı çoxsaylı videolar, açıqlamalar paylaşır, saxtalaşdırılmış tarixi faktları yayırdılar.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm