Hakim partiyada əsas işləri kim görəcək?
Bizi izləyin

Nida.az

Hakim partiyada əsas işləri kim görəcək?

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) sədr təyin olundu. M. Qurbanlı bu təyinatı ilə Milli Məclisdəki mandatından imtina etsə də YAP-dakı vəzifəsində qalacaq. Lakin partiyanın icra katibi Əli Əhmədovun ötən il Baş nazirin müavini təyin olunması ilə YAP-dakı praktiki fəaliyyət müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov tərəfindən həyata keçirilirdi. M. Qurbanlının təyinatından sonra isə bu işi S. Novruzov təkbaşına yerinə yetirməli olacaq.

Məsələ ilə bağlı Publika.az-ın sorğusunu cavablandıran YAP mətbuat xidməti isə bildirib ki, partiyadakı rəhbərlik əvvəlki qaydada davam edir. “Qurultayda YAP-ın sədr müavini Əli Əhmədov eyni zamanda icra katibi seçilib. Partiyanın sədri cənab Prezident İlham Əliyev Əli Əhmədova yenidən etimad göstərib. Bu gün də partiyaya YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov rəhbərlik edir. O, partiyanın bütün gündəlik işlərinə nəzarət edir. İcra katibinin də öz növbəsində iki müavini var və böyük kollektivlə fəaliyyət göstərir. Burada bütün şöbələr işini məsuliyyətlə yerinə yetirir. Burada heç bir əlavə problem yaxud kənara çıxmalara yol verilmir. Mübariz Qurbanlı əgər ayrı vəzifəyə təyin olunubsa, onun yerinə kiminsə müəyyənləşməsi barədə qərar partiya rəhbərliyinin səlahiyyətindədir”, -deyə mətbuat xidməti qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm