Azərbaycan və Ermənistan prezidentləri BMT-də görüşə bilər
Bizi izləyin

Nida.az

Azərbaycan və Ermənistan prezidentləri BMT-də görüşə bilər

Azərbaycan və Ermənistan prezidentləri Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının növbəti toplantısında görüşə bilərlər.

Publika.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 22-də Brüsseldə keçirilən Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramının 5-ci iclasından sonra jurnalistlərə açıqlamalarında bildiriblər.

Həmsədrlər görüşlə bağlı məsələnin hər iki ölkənin xarici işlər nazirləri ilə müzakirə etdiklərini deyiblər.

“Son durumlar ölkə liderlərinin görüşünü şərtləndirir. Bu məsələ də müzakirələrdə əksini tapdı və təklif olundu ki, liderlər BMT-də görüşsün”,- deyə həmsədrlər qeyd edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm