Milli Şura sessiyasını Müsavat qərargahında keçirə bilər
Bizi izləyin

Nida.az

Milli Şura sessiyasını Müsavat qərargahında keçirə bilər

Milli Şura sessiyasını Müsavat Partiyasının qərargahında keçirə bilər.

Bu barədə qurumun adının açıqlanmasını istəməyən əməkdaşı Publika.az-a bildirib.

Şuranın əməkdaşı qeyd edib ki, belə bir fikir var: “Koordinasiya Mərkəzində belə təklif səsləndi ki, sessiyanı keçirmək üçün digər partiyaların qərargahına müraciət olunsun. Ən uyğun variant kimi Müsavat qərargahı hesab olunur. Çünki KXCP ilə məlum məsələlərdən sonra münasibətlər soyuyub, AXCP-nin qərargahı yoxdur. Sülhəddin Əkbər Milli Şuradan getdi. Müsavatla münasibətlər pozulsa da, onların qərargahından sadəcə yer kimi istifadə etməyin mümkünlüyü irəli sürülüb”.

Məsələ ilə bağlı Publika.az-a danışan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Mehriban Vəzir bunu istisna etməyib.

“Sessiyanın Müsavatda keçirilməsi mümkündür. Nə olsun ki münasibətlər yaxşı deyil. Bundan əvvəl də münasibətlər pozulub, sonra yenidən düzəlib. Hesab edirəm ki, yer tapılmadığı təqdirdə sessiya Müsavat qərargahında keçirilə bilər. Məncə, müsavatçılar bunu normal qarşılayarlar”, - deyə M. Vəzir qeyd edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm