Əlcəzairin səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəsi ilə görüşdü - FOTO
Bizi izləyin

Nida.az

Əlcəzairin səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəsi ilə görüşdü - FOTO

Sentyabr ayının 8-də Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səlimə Abdelhaq Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb.

Səfirlikdən Publika.az-a verilən məlumata görə, Bəxtiyar Əsgərov Əlcəzair səfirinə Naxçıvan Muxtar Respublikasının Ali məclisinin sədri Vasif Talıbovun salamlarını çatdırıb və Səlimə Abdelhaqın Azərbaycana səfir təyin edildikdən sonra Əlcəzair səfirliyinə ilk təbrik teleqramını göndərdiyini qeyd edib.

Daha sonra Bəxtiyar Əsgərov Naxçıvanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi və turizm potensialı haqqında geniş məlumatlar verib.

Bununla yanaşı, Bəxtiyar Əsgərov Qarabağ məsələsinə toxunub və ermənilərin tarixi Azərbaycan torpaqlarının işğal etməsi məsələsini vurğulayıb. Əlcəzairin Azərbaycandakı səfiri Səlimə Abdelhaq Naxçıvan Muxtar Respublikası haqqında məlumatlı olduğunu qeyd edib, həmçinin gələcəkdə əlaqələrin genişləndirilməsi və müxtəlif istiqamətlərdə əməkdaşlıq münasibətlərinin qurulmasından söhbət açıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm