İsa Qəmbərin müşaviri yenə “türk başqan” dedi - Qalmaqal
Bizi izləyin

Nida.az

İsa Qəmbərin müşaviri yenə “türk başqan” dedi - Qalmaqal

Müsavat başqanının müşaviri Səxavət Əlisoy “Müsavat başqanı türk oğlu türk olmalıdır” fikirlərinə düzəliş edib.

Publika.az xəbər verir ki, başqanlığa iddialı olan müşavir onun bu fikirlərini tənqid edənlərə sərt reaksiya verib.
“Müsavat başqanının Türk oğlu Türk olmasını vurğuladım. Bəzi dostlar Müsavat Partiyasının Proqramından xəbərsiz olduqlarını sərgilədi. Qocaman müsavatçı, hörmətli Cahangir Əmirxan isə elə bir rəy yazdı ki, yadıma 37-ci illərdə baş verənlər düşdü. Cahangir müəllimə və proqramdan xəbərsiz olan zatlara Müsavat Partiyasının 10 təməl prinsipindən ikisini xatırladıram: 1. Millətçilik; 2. Türkçülük. İndi sual edirəm, "başqan Türk olmalıdır" demək, partiyanın siyasi xəttinin ziddinə çıxmaqdır? Yəqin, mən belə deməliydim: Müsavat Partiyasının başqanı rus, ləzgi, avar, kürd, talış, inqiloy, tabasaran və o cümlədən, türk də ola bilər. Şəxsimə qarşı qərəzli və qəzəbli olanlar üçün bu düzəlişi etdim”, - deyə İsa Qəmbərin müşaviri bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm