Nida.az
Millət vəkili Şeyxin müdafiəsinə qalxdı
Son zamanlar Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadə barədə səslənən ittihamları BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev narazılıqla qarşılayıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev "Baymedia.az"a açıqlamasında bu ittihamların tamamilə əsassız olduğunu bildirib. BAXCP sədri Şeyxülislamın Azərbaycanın milli və dövlət maraqlarını hər zaman üstün tutan, məzhəblər və konfessiyalar arasında uğurlu balans yarada bilən, xurafatdan uzaq və tolerant bir din xadimi olduğunu vurğulayıb:
"Allahşükür Paşazadə kimi bir din xadiminin Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etməsi, onun Qafqaz xalqları arasında və bütün islam aləmində yüksək nufuza malik olması ilk növbədə bizim uğurumuzdur. Bu baxımdan, hər birimiz onun nüfuzunun daha da yüksəldilməsində maraqlı olmalı və bu işə öz töhfəmizi verməliyik".
Qüdrət Həsənquliyev Şeyxülislamın fəaliyyətini yüksək qiymətləndirdiyini, bu fəaliyyətin ölkəmizdə və bütün Qafqazda tolerant dini münasibətlərin qorunub saxlanılmasındamühüm rol oynadığını qeyd edib və Şeyxə qarşı hücumları qətiyyətlə pislədiyini bildirib.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin Ramazan bayramının iyulun 29-da olması ilə bağlı fitvası birmənalı qarşılanmayıb. Bəzi ziyalılar, o cümlədən millət vəkili Fazil Mustafa bütün dünya müsəlmanlarının iyulun 28-də bayram etdiyini, yalnız İran İslam Respublikasında iyulun 29-nun bayram kimi qeyd edildiyini xatırladaraq, QMİ-nin bu fitvasını İranın ardınca sürünmək kimi qiymətləndirib və müstəqil bir dövlətin dini liderinin bu qərarının qəbuledilməz olduğunu bildirib. Vurğulayaq ki, Şamaxı Astrofizika Rəsədxanası da rəsmi açıqlamasında iyulun 27-də Ayın göründüyünü və iyulun 28-nin bayram günü olduğunu açıqlayıb.
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı