"Ermənistanın humanitar atəşkəs barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil" - Hikmət Hacıyev
Bizi izləyin

Nida.az

"Ermənistanın humanitar atəşkəs barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil" - Hikmət Hacıyev

"Humanitar atəşkəsin elan olunmasına baxmayaraq Azərbaycan əraziləri, mülki vətəndaşları atəşə tutulmaqda davam edir. Bu, onu göstərir ki, Ermənistan tərəfinin humanitar atəşkəs barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil".

Publika.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Ermənistan bu gün “smerç” raketindən Azərbaycanın Bərdə və Tərtər şəhərlərini atəşə tutulub:

"Onların bu terorizm hərəkətləri nəticəsndə 4 nəfər insan həlak olub, xeyli sayda insan yaralanıb. Ermənilər beynəlxalq qanunlara zidd olaraq Azərbaycan mülki əhalisinə qarşı kasetli bombalardan istifadə edirlər. 69 insan öz həyatını itirib. Humanitar atəşkəs elan olunandan bugünə qədər mülki obyektlərə qarşı 300-dən artıq mərmi, 10 raket istifadə edilib. Bu, Ermənistanın hərbi siyasi rəhbərliyinin hərbi cinayətidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm