Sabiq prokuror AXCP-dən istefa verdi - Fotofakt
Bizi izləyin

Nida.az

Sabiq prokuror AXCP-dən istefa verdi - Fotofakt

Sabiq prokuror Qaraxan Ağayev Zilfi oğlu AXCP sıralarından istefa verib. O bununla bağlı bəyanat verib. Sabiq prokurorun Publika.Az -a təqdim etdiyi bəyanatda deyilir: “Son zamanlar ölkənin ictimai-siyasi həyatında baş verən proseslər digər siyasi fəalla

Sabiq prokuror Qaraxan Ağayev Zilfi oğlu AXCP sıralarından istefa verib. O bununla bağlı bəyanat verib.
Sabiq prokurorun Publika.Az -a təqdim etdiyi bəyanatda deyilir: “Son zamanlar ölkənin ictimai-siyasi həyatında baş verən proseslər digər siyasi fəallar kimi məni də çox məyus edib.

2013-cü il prezident seçkilərinin nəticələri göstərdi ki, müxalifət partiyalarının yürütdüyü daxili və xarici siyasət kursu sözün əsil mənasında demək mümkündürsə tam iflasa uğrayıb. Müxalif siyasi partiyalar arasında olan çəkişmələr və düşmən münasibət onların gələcək perspektivlərinin iflasa uğramasının bariz nümunəsidir. Yuxarıda sadaladığım və göstərə bilmədiyim arqumentləri əsas götürərək bəyan edirəm: Mən Ağayev Qaraxan Zilfi oğlu AXCP sıralarından istefa edirəm. Gələcək fəaliyyətimi9 vətənimin suverenliyinə və ailəmə həsr edəcəyəm”.
Qeyd edək ki, bundan öncə Qarabağ veteranı Füzuli Bədirov da AXCP sıralarını tərk etmişdi (http://publika.az/p/2186 ).

O, AXCP-də baş verənlərə etiraz etdiyini və bunun üçün istefa verdiyini açıqlamışdı. Lakin AXCP bu istefanı təkzib etdi.Publika.Az –ın əldə etdiyi məlumata görə, partiyadan yeni istefaların da olacağı gözlənilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm