Nida.az
11 şəhidimizə atılan hər bir güllənin əmri Moskvadan gəlib
“Mən dəfələrlə demişəm, cəbhə xətti Moskvadan idarə edilir”.
Bu sözləri Axar.az-a politoloq Vəfa Quluzadə cəbhənin təmas xəttində Azərbaycanın 11 əsgərinin şəhid olması ilə bağlı informasiyanı şərh edərkən söyləyib.
O, Rusiyanın bununla Azərbaycana sərt mesaj göndərdiyini bildirib:
“Buna heç bir şübhəniz olmasın ki, cəbhədə atılan hər bir güllənin əmri Rusiyadan gəlir. Moskva desə ki, dayan, ermənilər sakitləşəcəklər. Bir dəfə Moskvasız 1999-cu ildə böyük hay-küy qalxmışdı ki, Ermənistanla Azərbaycan artıq Qarabağı həll ediblər. Onda atəşkəs xəttində atışmanın dayandırılması, snayperlərin fəaliyyətsizliyi haqqında qərar qəbul etmişdik. Ermənilər də buna razılıq vermişdilər. Bir adamın başından tük əskik olmurdu. Rusiya Ermənistanın parlamentini gülləbaran edib İrəvanı cəzalandırdı və yenidən bu hadisələr başladı. Jirinovskinin və digərlərinin Azərbaycanı tərifləmələri məsələsi də açıq-aydındır. Onlar bir tərəfdən mesaj göndərirlər ki, bizimlə razılaşsanız, sizinlə dostluq edəcəyik. Əgər bizim tabeliyimizə girsəniz, Gömrük İttifaqının üzvü olsanız, münasibətlərimiz yaxşılaşacaq. Əks təqdirdə isə vəziyyət gərginləşəcək”.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO