Fəzail Ağamalı: “Bu hadisə Ermənistanın havadarlarının sifarişidir”
Bizi izləyin

Nida.az

Fəzail Ağamalı: “Bu hadisə Ermənistanın havadarlarının sifarişidir”

“İşğalçı tərəf Azərbaycana qarşı təxribatlar həyata keçirməklə bizi geniş miqyaslı hərbi əməliyyatlara cəlb etmək istəyir”.

Bu sözləri Publika.az- a açıqlamasında millət vəkili Fəzil Ağamalı avqustun 1- də cəbhə xəttində baş vermiş olaya münasibət bildirərkən deyib. Millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfinin son aylar atəşkəsi mütəmadi şəkildə pozması Azərbaycana qarşı yönələn təxribatın tərkib hissəsidir: “Artıq bir neçə aydır ki, Ermənistan ordusu Azərbaycana qarşı bütün cəbhə boyu təxribatlar həyata keçirməkdə, atəşkəsi pozmaqda davam edirlər. Onlar Azərbaycan silahlı qüvvələrinin mövqeləri ilə yanaşı dinc əhalinin də yaşayış məntəqələrini iriçaplı silahlarla atəşə tuturlar. Mənə elə gəlir ki, bu Azərbaycana qarşı düşünülmüş sistemli və ardıcıl təxribatın tərkib hissəsidir. Burada mənə elə gəlir ki, üçüncü qüvvələr də var. Ermənistanın arxasında duran qüvvələr bu cür təxribatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi tapşırığını verib. Bu isə Azərbaycana qarşı kənar qüvvələrin təzyiq və təhdidlərinin tərkib hissəsidir. 20 faiz torpağımızı işğal altında saxlayan quldur rejim yenə də öz çirkin niyyətindən əl çəkmir. Ordumuzun itki verməsi xəbəri məni çox üzdü. Allah şəhidlərimizə rəhmət eləsin. Onlar vətən yolunda, torpaq yolunda canlarından keçirlər. Bu mənada KİV- də diqqətli olmağa çağırıram. Çünki bu kifayət qədər ciddi bir məsələdir".

İndi də Ermənistan mətbuatı Azərbaycan tərəfin atəşkəsi pozduğunu yazır. Ancaq bunlara inanmaq lazım deyil. Çünki bu, ermənilərin informasiya müharibəsinin tərkib hissəsidir”.

Hikmət Kərimoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm