Asim Mollazadə: "Ermənistanın hər bir təxribatına layiqincə cavab verilməlidir"
Bizi izləyin

Nida.az

Asim Mollazadə: "Ermənistanın hər bir təxribatına layiqincə cavab verilməlidir"

"Atəşkəsin tez-tez pozulması və Azərbaycan ordusunun verdiyi itkilər erməni cinayətlərinin təkrarıdır. Hazırda qarşımızda duran vəzifə düşməni dəf etməkdir. Düşünürəm ki, Azərbaycan ordusunda bu işi həyata keçirəcək hərbiçilərin say yetərincədir".

Bunu Publika.az-a açıqlamasında millət vəkili Asim Mollazadə ötən gecə atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun 11 şəhid verməsinə münasibət bildirərkən deyib.

“Ermənistanın atəşkəsi tez-tez pozması həmin ölkədə müşahidə olunan iqtisadi böhranla əlaqədardır. Ölkə rəhbərliyi vətəndaşlarının diqqətini daxildəki problemlərdən yayındırmaq üçün əməliyyatlarda keçib, cinayətkarları canlandırırlar. Ermənistanda rəhbər vəzifədə olan şəxslər bir vaxt bu cinayətləri törətmişlərdir, bu əməllərini davam etdirirlər”, -deyə millət vəkili əlavə edib.

A.Mollazadə onu vurğulayıb ki, Azərbaycan beynəlxalq təşkilatların, dünya dövlətlərinin diqqətini Ermənistanın atəşkəsi pozaraq, cinayət törətməsinə yönəltməyə çalışmalıdır.

“ATƏT, Avropa Şurası və digər təşkilatlara üzv olan ölkələr bu hadisələr barədə məlumatlı olmalıdırlar. Azərbaycan sülh əldə etmək istiqmətində iş aparır və bu fəaliyyətini davam etdirməlidir. Eyni zamanda, Ermənistanın hər bir təxribatına layiqincə cavab verilməlidir ki, bizim ordumuzun gücünü hiss etsinlər. Düşünürəm ki, Azərbaycan layiqli cavab verir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm