Uorlik cəbhədəki gərginlikdən narahatdır
Bizi izləyin

Nida.az

Uorlik cəbhədəki gərginlikdən narahatdır

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik cəbhə xəttində baş verən gərginliyə münasibət bildirib.

C.Uorlik öz "twitter" səhifəsində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginlikdən narahat olduğunu bəyan edib: "Biz təmas xətti boyunca son vaxtlar gərginliyin artmasından çox narahatıq".

Amerikalı həmsədr, həmçinin atəşkəs rejiminə ciddi əməl olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, son 3 gün ərzində gedən döyüşlərdə Silahlı Qüvvələrimizin 8 hərbi qulluqçusu həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm