Nida.az
“Bizim savaşa ehtiyacımız var”- Deputat
“Erməni separatçılarının cəbhə bölgəsindəki təxribatı cavabsız qalmayacaq. Layiq olduqları cavabı alacaqlar”.
AzVision.az xəbər verir ki, bu fikirləri millət vəkili Adil
Əliyev facebook səhifəsində bildirib.
Deputat hesab edir ki, ermənilər Azərbaycanın son illər müxtəlif
istiqamətlərdə əldə etdiyi uğurlara qısqandıqlarından təxribata əl
atıblar.
“Axı Ermənistan inkişafa acdır, əhalisi günbəgün azalır,
iqtisadiyyatı dağılır, Rusiyanın köməyi olmadan bir gün də tab
gətirməzlər. Ona görə də yeganə “çarə” kimi bölgədə gərginliyi
artırmaqda görürlər. Əvvəlcə soydaşlarımızı Kəlbəcərdə girov
götürərək onlara işgəncə verdilər, indi də hərbçilərimizi hədəf
aldılar. Ağdamı və bütövlükdə Azərbaycanı təmsil edən “Qarabağ”
futbol komandasının qələbələri, Avropada tanınması da erməniləri
hövsələdən çıxarmamış deyil. O biri tərəfdən ermənilərin uzun illər
sadiq tərəfdarı Vladimir Jirinovskinin qəfil Azərbaycanı
tərifləməsi, o cümlədən Rusiyalı rəsmilərin Azərbaycana artan
səfərləri, iki ölkə arasında hərbi əməkdaşlığın genişlənməsi
ermənilərin “Birdən Rusiya Ermənistanı Azərbaycana qurban verər və
Dağlıq Qarabağ əldən gedər” kimi xofun içində olduğunu göstərir. Bu
xofdan qurtulmağın yeganə yolunu isə təxribata əl atmaqda görürlər.
Ermənilər savaş istəyirlərsə, alacaqlar həmin savaşı. Onlar bu
təxribatları ilə əslində Qarabağ və ətraf rayonların azad olunması
gününü yaxınlaşdırırlar. Çünki bizim savaşa onlardan çox
ehtiyacımız var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı
yerdə qalmayacaq!”.
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı