Əli Məsimli: “Ermənistan bu olayların görünən tərəfidir”
Bizi izləyin

Nida.az

Əli Məsimli: “Ermənistan bu olayların görünən tərəfidir”

"İyulun 31-dən avqustun 1-nə keçən gecə cəbhənin Ağdam və Tərtər rayonları istiqamətində baş verən qanlı döyüşlərdə Azərbaycan ordusu atəşkəs dövrünün çoxsaylı şəhidini vermək bahasına olsa da, düşməni böyük itkiyə məruz qoyaraq geri oturtdu". Publika.az-ın məlumatına görə, bunu millət vəkili Əli Məsimli cəbhədəki gərginliyə münasibət bildirərkən qeyd edib.

Ə.Məsimli bildirib ki, Ermənistan və onun quduzlaşmış havadarının törətdiyi bu qanlı olay bir daha göstərdi ki, Ermənistan bu olayların görünən tərəfidir və Azərbaycanın ən təhlükəli düşməninin ünvanı dəyişməyib:

“Bu olaylar həm də Vətən uğrunda şəhid gedə bilən qəhrəman oğlullarımızın varlığı, düşmənin mütləq layiq olduğu cəzanı alacacağını göstərir! Şəhid ailələrinin “Vətən sağ olsun!” deyən valideynlərinin, əzizlərinin, "Vətən, başın sağ olsun!" deyən xalqımızın kədərini ürəyimizdə hiss edir, dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm