Edvard Nalbandyandan özünümüdafiə bəyanatı
Bizi izləyin

Nida.az

Edvard Nalbandyandan özünümüdafiə bəyanatı

Rəsmi İrəvan Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hərbi qarşıdurmalara görə Azərbaycanı ittiham edib.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın beynəlxalq cəmiiyyətin çağırışlarına məhəl qoymadığını deyib.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağda atəşkəs şərtlərini pozmaqda davam edir. “Güc tətbiqi münaqişənin həllinə gətirib çıxarmır”, - erməni nazir qeyd etdi.

E.Nalbandyan iddia edib ki, Azərbaycan təmas xəttində hadisələrin araşdırılması üçün beynəlxalq cəmiyyətin təkliflərini rədd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm