Ermənistan hakimiyyəti təşvişdə: “Ohanyan Rusiya səfiri ilə görüşdü”
Bizi izləyin

Nida.az

Ermənistan hakimiyyəti təşvişdə: “Ohanyan Rusiya səfiri ilə görüşdü”

Ermənistan rəhbərliyi artıq təşviş içindədir. Son günlər cəbhədə baş verənlər rəsmi Yerevanı təcili kömək axtarmağa vadar edib.

İlk olaraq, Ermənistanın müdafiə naziri Seyran Ohanyan Rusiya səfiri ilə görüşüb. Tərəflər təmas xəttində yaranmış vəziyyəti müzakirə ediblər.

Görüşün nəticələrinə dair yayılan açıqlamada bildirilir ki, nazir və Rusiya səfiri təmas xəttində gərginliyin artmasından narahatlıqlarını ifadə edərək vəziyyətin sabitləşməsi imkanlarını müzakirə ediblər. Tərəflər münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həlli yollarının axtarışının davam etdirilməsinin vacibliyini vurğulayıblar. Rusiya səfiri ölən hərbçilərin ailələrinə başsağlığı verib.

Xatırladaq ki, bir az əvvəl Ohanyanın müavini ABŞ-dan kömək istəmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm