Ali Baş Komandan cəbhədə əsgərlər önündə - Son dəqiqə
Bizi izləyin

Nida.az

Ali Baş Komandan cəbhədə əsgərlər önündə - Son dəqiqə

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev az öncə Ağdamın Quzanlı qəsəbəsində görüş keçirib.

Publika.az-ın cəbhə bölgəsinə ezam olunan əməkdaşının verdiyi məlumata görə, Milli Ordunun əsgər və zabit heyəti önündə çıxış edən Prezident cəbhədə baş verən gərginlikdən danışıb və Ordumuzun Qarabağı düşmən işğalından azad etməyə qadir olduğunu, son əməliyyatların bunu bir daha təsdiqlədiyini bildirib.

Ali Baş Komandanın şiddətli atışmaların getdiyi indiki şəraitdə cəbhə bölgəsində olması Milli Ordunun şəxsi heyəti və sakinlər arasında böyük ruh yüksəkliyi yaradıb.

Hazırda Prezidentin Quzanlı görüşündən sonra cəbhə bölgəsindəki digər ərazilərə keçdiyi qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm