Ermənistan baş naziri - “Sərhədyanı kəndləri tərk edirik”
Bizi izləyin

Nida.az

Ermənistan baş naziri - “Sərhədyanı kəndləri tərk edirik”

Ermənistan əhalisi Azərbaycanla sərhəd kəndləri tərk etməyə başlayıb.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan baş naziri Ovik Abramyan narahatlığını ifadə edib.

Onun sözlərinə görə, hökumət sərhədyanı kəndlərin problemlərini həll etmək və əhalinin evlərini tərk etməsinin qarşısını almaq üçün yollar axtarır. Baş nazir Azərbaycanla sərhədyanı kəndlərin bütün vergilərdən azad olunmasını nəzərdə tutan qanun layihəsinin sentyabr ayında Ermənistan parlamentində müzakirəyə çıxarılacağını əlavə edib.

Təmas xəttində vəziyyətin gərgin olduğunu deyən baş nazir hər bir erməni əsgərinin ölməsinin sülh danışıqlarına zərbə vurduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm