Ermənistan kəşfiyyatına XATIRLATMA - FOTOLAR
Bizi izləyin

Nida.az

Ermənistan kəşfiyyatına XATIRLATMA - FOTOLAR

Bu barədə məlumat mətbuatda ötən ilin oktyabrında yayılıb. Sadəcə, son günlər cəbhə xəttində baş verənləri nəzərə alaraq, hərbi kəşfiyyatçılarımızın bu uğurunu bizi diqqətlə izləyən erməni mətbuatına bir daha xatırlatmaq istədik.

27.10.2013

Mütəmadi olaraq erməni mətbuatında Azərbaycan ordusunun Ermənistan ordusu ilə münasibətdə zəif olması ilə bağlı cəfəng bəyanatlar səsləndirən Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini, kəşfiyyat idarəsinin rəisi, general-mayor Arşak Karapetyan bir neçə gün öncə avtomobil qəzası törədib.

Öz yaxınlarının içki məclislərində “hərbi kəşfiyyatın dahisi” adlandırılan və bununla lovğalanan Karapetyan baş vermiş yol nəqliyyat hadisəsi barədə xəbəri Ermənistan hökumətindən, Müdafiə Nazirliyindən, eləcə də, bütün ölkə mediasından gizlətməyə çalışsa da, məlumatı Azərbaycandan izolyasiya etməyə müvəffəq ola bilməyib.

Məlumata görə, 21 oktyabr 2013-cü il tarixdə “İnfiniti” markalı (qızılı rəngli), 78 SQ 888 dövlət nömrə nişanlı şəxsi avtomobilində sərxoş vəziyyətdə sükan arxasına oturan general, işıqforun qırmızı işığına məhəl qoymayaraq qarşı tərəfdən gələn “Nissan Patfinder” markalı avtomobillə toqquşub.

Məlumata əsasən Karapetyan hadisəni, Elina Sarkisyan adlı məşuqəsi ilə birgə yeyib-içdikdən sonra avtomobili sərxoş vəziyyətdə idarə etdiyi zaman törədib.

Qeyd edək ki, o, mütəmadi olaraq xidmətdən yayınaraq Yerevan şəhəri Adonts küçəsi, ev 15, mənzil 9 ünvanında yaşayan Elina Sarkisyanla eyş-işrət həyatı yaşayır (Elina Sakisyanın ev telefonu 23-03-60) və bu barədə hətta onların birgə video-görüntüləri də mövcuddur. Lakin həmin video-görüntülər ermənilərdən fərqli olaraq, etik norma və milli dəyərlərimizə zidd olduğu üçün portalda yerləşdirmirik.

Karapetyan qəza törətdiyi avtomobili gözdənuzaq avtotəmir mərkəzində gizlədir. Xidmət yerinə, Müdafiə Nazirliyinə məxsus “Kia” markalı qara rəngli, 00-26 xüsusi nömrə nişanlı xidməti, Elina Sarkisyanın yanına isə 06 VP 885 və 05-658 dövlət nömrə nişanlı şəxsi avtomobilindən istifadə etməklə, guya, öz aləmində gizlin olaraq gedir. Lakin loğva və özündənrazı general Karapetyan, Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyini iş vaxtı aldatmağa nail olsa da, Azərbaycan tərəfinin Ermənistandakı hərbi kəşfiyyatının müşahidə obyektivindən yayına bilməyib.

Bundan başqa, Karapetyan çirkli pullarla əldə etdiyi Abovyan rayonu kənarında yerləşən bağ evində də eyş-işrət həyatı yaşamağı xoşlayır.

Yerevan şəhəri Djrveş bağları adlanan ünvanda yerləşən bağ evi, qeydiyyata başqasının adına rəsmiləşdirilsə də, faktiki olaraq Karapetyana məxsusdur. Görünür, Arşak, nə vaxtsa erməni xalqının qəzəbinə tuş gəlib həbs ediləcəyindən və əmlakının müsadirə olunacağından ehtiyatlandığı üçün şəxsi əmlaklarını tanışlarının adına rəsmiləşdirib.

A.Karapetyanın nəzərinə çatdırmaq istəyirik ki, Ermənistandan fərqli olaraq Azərbaycan mətbuatında söz azadlığı mövcuddur.

Karapetyan, əslində, Ermənistan kəşfiyyatının nəyə qadir olduğunu, yəni, peşəkarlıqdan çox-çox uzaq olduğunu sübuta yetirir.

Karapetyan, yalnız, Ermənistan kimi anarxiyanın tüğyan etdiyi bir ölkədə və peşəkarlıqdan uzaq olan, körpə, qadın və qocaların qanına susayaraq vəhşicəsinə qətlə yetirən özü kimi erməni generallarının yanında lovğalana bilər. Amma Azərbaycanın peşəkar hərbi kəşfiyyatçıları isə bu kimi hoqqabazlığı istehza ilə qəbul edib sözdə deyil, əməldə özlərini göstərirlər.

O ki, qaldı peşəkarlığa, “kəşfiyyat dahisi” - Karapetyan bilməlidir ki, Azərbaycan nəinki işğal olunmuş Qarabağ ərazilərində, hətta Ermənistan Respublikasında xidmət aparan bütün generalitet və digər komandanlıqlar barədə anbaan məlumatlara malikdir.

Bilavasitə Karapetyana gəldikdə isə, onun nəinki Ermənistan Müdafiə Nazirliyindəki gündəlik fəaliyyəti, bağda, evdə, yataq otağında sevişməsi, hətta soyuducusunda olan ərzaqlar belə Azərbaycan hərbi kəşfiyyatının nəzarəti altında saxlanılır.

“Yeri gəlmişkən, soyuducudakı kolbasadan bir qədər dadıb dequstasiya da edilib. Ağzınızın dadını bilirsiz, cənab Arşak Henzrikoviç”...

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm