Erməni eksperti: “Yazıq Ermənistan Rusiyaya sərf edir”
Bizi izləyin

Nida.az

Erməni eksperti: “Yazıq Ermənistan Rusiyaya sərf edir”

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərgin olaraq qalır. Həm Azərbaycan, həm də Ermənistanda diqqətlər isə prezidentlərin Soçi görüşünə yönəlib. Hesab edirlər ki, prezidentlərin Soçi görüşündə verəcəyi qərarlar cəbhədəki vəziyyətdə də birbaşa təsir edəcək.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, erməni eksperti Qranuş Xaratyan Soçi görüşündən gözləntilərlə bağlı fikirlərini bildirib.

Onun sözlərinə görə, bu görüş münaqişənin tənzimlənməsi prosesində dönüş anı ola bilər. Erməni ekspert, eyni zamanda, narahatlığını da ifadə edib. Q.Xaratyan Ermənistanın son illər təzyiq altında bir sıra qərarlar qəbul etdiyini xatırladıb. O həm Gömrük Şurasına üzvlüklə bağlı qərarın, həm də “Qazprom”la bağlanılan müqavilələrin təzyiqin nəticəsi olaraq ortaya çıxdığını ifadə edib.

Erməni eksperti bildirib ki, Rusiyanın əsas məqsədlərdən biri Dağlıq Qarabağda sülməramlıları yerləşdirməkdir: “Əgər Rusiya sülhməramlıları Ermənistan-Azərbaycan sərhədində yerləşdirməyi bacarsa, bundan həm də Gürcüstana qarşı istifadə olunacaq. Çünki, hazırda Cənubi Qafqazı Avropadan qopartmaq Rusiya üçün çox əhəmiyyətlidir. İnanmıram ki, NATO Gürcüstana görə Rusiya ilə üz-üzə gələcək”.

Q.Xaratyan hesab edir ki, Azərbaycan da Rusiya sülhməramlıların yerləşdirilməsində maraqlı deyil. Ekspertin sözlərinə görə, Rusiya Ermənistanı növbəti dəfə faciəli nəticələrlə üzləşəcəyi barədə xəbərdar edir: “Bu xəbərdarlıq yalnız Qarabağın itirilməsi ilə bağlı deyil, həm də Ermənistanla xarici əlaqələrinin dayandırılması ilə bağlıdır. Ermənistanın yazıq vəziyyəti Rusiyaya sərf edir. Rusiya Fransa prezidentinin təklifi və Amerika təşəbbüslərinə mane olmağa çalışdı ki, Qarabağ məsələsində Rusiyanın inhisarçılığı dönməz xarakter alsın”.

Dmitri Medvedevin Rusiya prezidenti olduğu dövrdə - 2009-cu ildə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana Qars müqaviləsinin surətini verdiyini deyən erməni ekspertinin sözlərinə görə, bununla da Qafqaz məsələləri ilə bağlı rus-türk sözləşməsinin mövcudluğu təsdiqləndi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm