Nida.az
QHT rəhbəri Leyla Yunusun kimin adamı olduğunu açıqladı
“Leyla Yunusun həbsinə Qərbin bu şəkildə reaksiyası onların ikili standart siyasətini açıq şəkildə ortaya qoydu”.
Publika.az-a bu sözləri İnsan Hüquqları-XXI əsr Azərbaycan Fondunun rəhbəri Şahin Camalov deyib.
Onun sözlərinə görə, Avropa, ümumilikdə Qərb Azərbaycana qarşı
qərəzli siyasət yürüdür:
“Azərbaycana təzyiq göstərmək ölkənin daxili işinə qarışmaqdır.
Leyla Yunus məsələsində də biz bunu aydın gördük. Qərb
səfirliklərinin onu gizli şəkildə hava limanına aparması, Fransada
5 illik vizanın iki saata təmin olunması da buna sübutdur. Bütün
bunlar Azərbaycana qarşı olan qısqanclıqdan irəli gəlir.
Azərbaycanın nailiyyətləri bu dövlətlərin heç birinin maraq
dairəsində deyil. Baxmayaraq ki, onlar özlərini Azərbaycanın
inkişafında guya maraqlı olduqlarını göstərməyə çalışırlar, amma
belə deyil. Biz bunun hər gün şahidi oluruq. Hesabatlarda, qərəzli
mövqelərdə biz bunu görürük”.
Ş.Camalov bildirib ki, L.Yunusun həbs olunmasına reaksiya verən
ABŞ və Avropa dövlətləri Xocalıda yüzlərlə insanın vəhşicəsinə
qətlə yetirilməsinə reaksiya vermir: “Azərbaycanın son günlərdə
ermənilərin təcavüzü nəticəsində verdiyi şəhidlərə heç bir ciddi
reaksiya verilmir. Hesab edirəm ki, bütün bunlar
yolverilməzdir”.
QHT rəhbəri qeyd edib ki, L.Yunus Qərbin adamıdır. “Leyla Yunusu maliyyələşdirib Azərbaycan dövlətinə qarşı istifadə edirlər. Bu baxımdan onun müdafiə edilməsində də təəccüblü heç nə yoxdur, - deyə o bildirib.
Asif
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular