Nida.az
Stefen Kanitz: "Biz Ermənistanın işğalçılıq siyasətinə artıq dözmək fikrində deyilik"
Almaniyanın Xristian Demokrat İttifaqının ölkə parlamentindəki deputatı Stefen Kanitz Avropa Azərbaycan Cəmyyətinin (AAC) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair suallarını cavablandırıb.
Avropa Azərbaycan Cəmiyyətindən (AAC) Publika.az-a verilən məlumata görə, Stefen Kanitz BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini dəstəklədiyini bəyan edib. Millət vəkilinin sözlərinə görə, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi tanıyır. Erməni siyasətçiləri bunun əksini iddia etməklə odla oynayırlar.
S.Kanitz qeyd edib ki, Avropada ərazi bütövlüyü prinsipinin tətbiqi Ermənistanın Azərbaycana qarşı zorakılığına qədər birmənalı idi. Ermənistan Azərbaycan ərazisinin böyük bir hissəsini və Dağlıq Qarabağı işğal etməklə özünü beynəlxalq hüquq standartlarından nəzərəçarpacaq dərəcədə kənarlaşdırdı. Belə bir davranış biz – parlamentarilər tərəfindən xoş qarşılana bilməz.
“Avropa Şurasının Parlament Assambleyası (AŞPA) açıq-aydın bəyan edib ki, Ermənistanın işğalçılıq siyasəti beynəlxalq hüquqa ziddir. AŞPA-nın həmin qətnaməsini rəhbər tutan Almaniya və Avropa Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın göstərdiyi səyləri dəstəkləyir. Sovet İttifaqının süqutundan sonra Ermənistan qeyri-qanuni olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və yeddi ətraf rayonu işğal edərək, bir milyona yaxın azərbaycanlını didərgin vəziyyətinə saldı. Aydındır ki, insanların bu acınacaqlı durumuna biganə qalmaq olmaz. Buna görə də biz, münaqişənin sülh yolu ilə həlli üçün cəhdlərimizi gücləndirməliyik”, - deyə o vurğulayıb.
Stefen Kanitz bəyan edib ki, Avropa ictimaiyyəti Ermənistanın beynəlxalq hüquqa, insan hüquq və azadlıqlarına qarşı yönələn hərəkətlərini qətiyyətlə pisləyir. Ermənistan beynəlxalq səviyyədə məsuliyyət və cavabdehlik daşıyır. Biz Ermənistanın işğalçılıq siyasətinə artıq dözmək fikrində deyilik.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?