Nida.az
“Ermənistanı çətin qış gözləyir”- İrəvan təlaş içindədir
Qərbin Rusiyaya qarşı sanksiyaları Ermənistan iqtisadiyyatını çökdürə bilər. Ermənistanda fəaliyyət göstərən Rusiya şirkətləri də Qərbin sanksiyalarına məruz qalıb.
Xüsusilə erməni bazarında inhisarçı şirkətlər kimi tanınan “Qazprom” və “Rosneft” şirkətləri, eləcə də “VTB” bankı hədəfə alınıb. Rusiya isə sanksiyaların ölkə iqtisadiyyatına təsir etməyəcəyini bildirir.
Publika.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, nüfuzlu iqtisadçı, Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan fərqli düşünür.
O, sanksiyaların Rusiya şirkətləri və bankları tamamilə ağuşuna aldığını qeyd edib. Keçmiş baş nazir hesab edir ki, Rusiyaya qarşı sanksiyaların mənfi təsiri yaxın illərdə Ermənistan iqtisadiyyatında da hiss olunmağa başlayacaq: “Rusiyanın iqtisadi çöküşü Qərbin sanksiyaları ilə daha da sürətlənəcək. Bu isə Ermənistanda fəaliyyət göstərən Rusiya şirkətlərinə təsir edəcək və Ermənistan iqtisadiyyatı bundan zərər çəkəcək. Ən ciddi zərbə isə rus banklarının Ermənistana kredit verməyini dayandırması ilə müşahidə oluna bilər”.
Müxalifətçi "İrs” partiyasının təmsilçisi, politoloq Stepan
Safaryan ABŞ-ın Ermənistandakı səfirinin İrəvana xəbərdarlığını
xatırladıb. Səfir bildirmişdi ki, Ermənistandakı rus şirkətləri
sanksiyalara məruz qalsa, bundan Ermənistan da əziyyət
çəkəcək.
“İllər boyu Ermənistanda ağıllı insanlar iqtisadiyyatı
difersifikasiya etməyə çağırsa da, bu baş vermədi. Əksinə,
Ermənistanın Rusiyadan asılılığını daha da artdı. Buna görə də belə
vəziyyətdə manevr etmək imkanı olduqca çətindir. Ermənistanı çətin
illər gözləyir. Çünki Rusiyanın Ermənistanda 1300-dən çox şirkəti
var və bunların əksəriyyəti sanksiyalara məruz qalacaq. Nəticədə
Ermənistan iqtisadiyyatı zərər görəcək”, - deyə erməni politoloq
qeyd edib.
S. Safaryan hesab edir ki, Ermənistanı çətin payız və qış gözləyir.
Asif Nərimanlı
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO