İŞİD-dən qaçan azərbaycanlılar şiə olduğu üçün Türkiyəyə buraxılmır - Şok iddia
Bizi izləyin

Nida.az

İŞİD-dən qaçan azərbaycanlılar şiə olduğu üçün Türkiyəyə buraxılmır - Şok iddia

Şimali İraqda “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının zülmündən qaçaraq Türkiyəyə sığınmaq istəyən Azərbaycan əsilli türkmanlar sərhəddən geri qaytarılır.

Publika.az türkman mənbələrinə istinadən xəbər verir ki, İŞİD Sincar bölgəsini ələ keçirdikdən sonra türkmanlar Türkiyəyə doğru qaçıblar.

Lakin onlar pasportları olmadığı üçün sərhəddən Türkiyəyə buraxılmayıb. Türkmanlar isə Türkiyənin bu hərəkətinə “1,5 milyon suriyalını niyə buraxdınız?” deyə etiraz edirlər.

Türkiyənin tanınmış jurnalisti Fatih Portakal isə məsələ ilə bağlı Türkiyə hökumətini tənqid edib. “Suriyalılara, əfqanlara qapımızı açdıq, özümüzdən olan soydaşlarımız türkmanlara niyə qapımızı açmırıq? Şiə olduğu üçünmü Türkiyə sərhədindən geri qaytarılırlar?- deyə F. Portakal hökumətdən cavab istəyib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm