Partiya sədri: “İlham Əliyev balanslaşdırma siyasətini ustalıqla davam etdirir”
Bizi izləyin

Nida.az

Partiya sədri: “İlham Əliyev balanslaşdırma siyasətini ustalıqla davam etdirir”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev moratorium elan edib.

Publika.az-a açıqlamasında partiya sədri cəbhə xəttində yenidən qarşıdurma olacağı halda susacağını bildirib.

“Soçi görüşünün ssenarisi təxminən bəlli oldu. Yayılan məlumatlardan görünür ki, razılıq olmayacağı üçün üçtərəfli görüş gözlənilmir. Beləliklə, görünən odur ki, Moskva İlham Əliyevdən istədiyini ala bilmir. İlham Əliyev ustalıqla balans oyununu davam etdirir”, - deyə o bildirib.

Ə.Əliyev “əgər yenidən qarşıdurma olacaqsa, siyasi mübarizəni dayandırmağa əlamət olaraq susqunluq halımızı davam etdirəcəyik”,- bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm