Ermənilərdən İlham Əliyevin müharibə anonsuna reaksiya - Foto
Bizi izləyin

Nida.az

Ermənilərdən İlham Əliyevin müharibə anonsuna reaksiya - Foto

Soçidə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü ərəfəsində İlham Əiliyev müharibənin bitmədiyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə İlham Əliyev Tvitter hesabında bildirib.

İlham Əliyevin müharibənin bitmədiyi bardə verdiyi anons erməni mətbuatının gündəmini zəbt edib.

Erməni mediası Əliyevin münaqişə ilə bağlı verdiyi açıqlamalarına xüsusi yer verərək bildirib ki, Tvitter hesabında yayımlanan açıqlama dünya gündəminin xeyli diqqətinə səbəb olub.

Erməni tərəfi İlham Əliyevin müharibənin ilk mərhələsinin bitdiyini, ancaq ikinci mərhələsinin hər an başlaya biləcəyi barədə verdiyi açıqlama barədə geniş məlumat yayıb.

Tvitterdə verilən şərhin böyük marağa səbəb olduğu qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm