Amerikalı həmsədr: “Dağlıq Qarabağ daha dondurulmuş münaqişə deyil...”
Bizi izləyin

Nida.az

Amerikalı həmsədr: “Dağlıq Qarabağ daha dondurulmuş münaqişə deyil...”

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiosuna müsahibə verib.

Publika.az xəbər verir ki, həmsədr Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə gözlənilən mümkün görüşünü vəziyyətin yumşalması istiqamətində ilk addım hesab edir.

“Təəssüf ki, regionda olan toqquşmalar münaqişənin dondurulmadığını göstərir. Münaqişədə ölmüş, yaxud yaralı əsgərin ailəsinə necə izah etmək olar ki, münaqişə dondurulub? İndiki vəziyyət bizi son dərəcədə narahat edir və şübhəsiz ki, vəziyyətin yumşaldılması istiqamətində dərhal tədbir görmək lazımdır. Soçidə prezidentlərin mümkün görüşü bu istiqamətdə ilk addımdır və biz ümid edirik ki, bu görüş müsbət irəliləyişə mane olan bəyanatlara son qoyacaq”, - həmsədr bildirib.

C. Uorlik tərəflərin sülh danışıqları aparmağa hazır olduğunu düşünür. Onun sözlərinə görə, prezidentlər belə bir prosesin başlanmasında maraqlıdır: “Biz də bunun üçün əlimizdən gələni etməliyik. Lakin hər şeydən öncə yenə də prezidentlərin hazırlığı lazımdır. Bizim prosesin gələcək inkişafı barəsində böyük gözləntilər var. Heç bir tərəf zəif görünmək istəmir, amma biz əminik ki, müharibə yox, sülh danışıqları lazımdır”.


Amerikalı həmsədr Rusiyanın münaqişənin davam etməsində maraqlı olması haqda sualı cavablandırarkən deyib ki, sərhədlərində xeyli problem olan Moskva yeni münaqişələr istəmir.

“Biz Rusiya tərəfi ilə effektiv formada işləyirik və hesab etmirəm ki, Rusiya münaqişənin qızışmasında maraqlıdır. Biz problemin sülh formasında həll olunmasında maraqlıyıq. Bir halda ki, Cənubi Qafqaz ölkələri bizim müttəfiqimizdir, deməli biz bu regionda sabitliyin olmasına çalışacağıq”,- deyə həmsədr bildirib.


C. Uorlik Rusiyanın Azərbaycan külli miqdarda silah satması haqda deyilənlərə də münasibət bildirib: “Rusiyanın istənilən ölkə ilə ticarət münasibətləri qurmaq hüququ var. Bu heç də Rusiyanın danışıqlar prosesində iştirakına maneə olmur. Lakin hər şey Azərbaycan və Ermənistandan asılıdır. Dünyanın müxtəlif yerlərindəki münaqişələrin, eləcə də Qarabağ münaqişəsinin nizama salınması ABŞ üçün daim prioritet olub. Bizim hədəfimiz Avropanı bütöv və sülh şəraitində görməkdir. Dağlıq Qarabağ münaqişəsi Avropa üçün qara ləkədir. Buna görə də ABŞ münaqişənin həll olunmasında çox maraqlıdır. Təkrar edirəm, bizim hədəfimiz azad, bütöv və sülh içində olan Avropadır”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm