İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi həddən artıq uzanıb
Bizi izləyin

Nida.az

İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi həddən artıq uzanıb

Dağlıq Qarabağ münaqişəsi həddən artıq uzanıb və öz həllini tələb edir. Trend İTAR-TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə "Boçarov Ruçey" iqamətgahında Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.

İlham Əliyev bildirib: "Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etdik. Bu münaqişə həddən artıq uzanıb və öz həllini tələb edir".

Dövlət başçısının sözlərinə görə, son illər ərzində Rusiya və Azərbaycanın münasibətlərində sabit müsbət dinamika müşahidə olunur: "Biz bunu yüksək qiymətləndiririk və Rusiyaya beynəlxalq arenada əsas tərəfdaşlarımızdan biri kimi baxırıq".

Prezident İlham Əliyev qeyd edib ki, iki ölkənin əməkdaşlığı bir çox sahələri əhatə edir: "Təkcə siyasi deyil, həm də iqtisadi sahədə əməkdaşlıq yaxşı nəticələr verir. Xüsusilə əmtəə dövriyyəsi və qarşılıqlı investisiyaların həcmi artır. Biz əməkdaşlıq potensialını, o cümlədən regional təhlükəsizliyi və regionumuzda sabitliyi artırmaqda qətiyyətliyik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm